...

Ceyhun Məmmədov Səbail və Qaradağda məcburi köçkünlərlə görüş keçirib (FOTO)

Siyasət Materials 31 Yanvar 2020 19:12 (UTC +04:00)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov seçki kampaniyası çərçivəsində Səbail və Qaradağ rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüş keçirib.

Trend-in məlumatına görə, həyətlərdə seçicilərlə söhbətlər edən Ceyhun Məmmədov seçki platforması haqqında onları məlumatlandırıb. Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə fəal olmağa səsləyib.

Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə, Hacı Ramiz İmanov, Cəbrayıllı müəllimlər Eldar Hüseynov və Müsirəddin Mehdiyev, həkim Sərvan Məmmədovun iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Deputatlığa namizəd daha sonra seçicilərin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

Daha sonra YAP-ın deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədovun vəkili, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında məlumat verib.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti