...

Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Siyasət Materials 1 Fevral 2020 15:21 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 65 766 nəfərə çatıb.

MSK sədri beynəlxalq müşahidəçilərin 55 ölkəni və 56 təşkilatı təmsil etdiyini vurğulayıb:

"Beynəlxalq müşahidəçilər həm say baxımından yetərincədir, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti