...

Mövlud Çavuşoğlu Azərbaycana gəlib

Siyasət Materials 5 Fevral 2020 19:20 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Mövlud Çavuşoğlu Azərbaycana gəlib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Trend bu barədə M.Çavuşoğlunun "Twitter" hesabına istinadən məlumat verir.

M.Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Türk Şurası üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti