...

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı

Siyasət Materials 15 Fevral 2020 14:56 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb.
MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Rəşad Həsənov və digər namizədlərin şikayətinə baxılıb.

Trend-in məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib. O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti