...

MSK sədri iddialara aydınlıq gətirdi

Siyasət Materials 19 Fevral 2020 16:53 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
MSK sədri iddialara aydınlıq gətirdi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

M.Pənahov MSK-nın iclasında qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur.

Onun sözlərinə əsasən, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:

“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti