...

MSK DSK-nın qərarını qüvvədə saxladı

Siyasət Materials 20 Fevral 2020 19:13 (UTC +04:00)
Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.
MSK DSK-nın qərarını qüvvədə saxladı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.

Trend-in məlumatına görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib və bununla əlaqədar MSK-ya 1 disk təqdim edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb". MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti