...

MSK daha 4 məntəqənin nəticəsini etibarsız saydı

Siyasət Materials 20 Fevral 2020 20:25 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.
MSK daha 4 məntəqənin nəticəsini etibarsız saydı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

Trend-in məlumatına görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki (14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti