...

Sumqayıt İkinci Seçki Dairəsinin 2 məntəqəsində nəticələr etibarsız sayıldı

Siyasət Materials 24 Fevral 2020 19:53 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.
Sumqayıt İkinci Seçki Dairəsinin 2 məntəqəsində nəticələr etibarsız sayıldı

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.

Trend-in xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 2 seçki (7 və 32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti