...

Musa Qasımlı: Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri dönməsinə səbəb olur

Siyasət Materials 7 Mart 2020 17:01 (UTC +04:00)
Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət, burada görülən böyük miqyaslı işlər əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən rayonlara dönməsinə səbəb olur.
Musa Qasımlı: Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri dönməsinə səbəb olur

Bakı. İlhamə İsabalayeva – Trend:

Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət, burada dövlət səviyyəsində aparılan genişmiqyaslı işlər əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri dönməsinə səbəb olur.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin daxili siyasətində mühüm yerlərdən birini regionların sosial-iqtisadi və mədəni baxımdan inkişaf etdirilməsi məsələsi tutur.

Bunun bir sıra amillərlə bağlı olduğunu vurğulayan M.Qasımlı qeyd edib ki, regionlara qoyulan investisiyaların həcmi ildən-ilə artır, onun əhatə dairəsi genişlənir.

M.Qasımlı əlavə edib ki, regionların inkişafını xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin siyasəti hər bir Azərbaycan vətəndaşının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib:

“Ölkəmizin bütün rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Bu səfərlər həmin layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə təkan verir. Belə səfərlər zamanı yeni müəssisələrin açılması regionlarda yaşayan insanlar üçün yeni iş yerlərinin yaradılmasına da gətirir çıxarır. Bütün bunlar isə sonda regionlardakı əhalinin həyat şəraitinin yaxşılaşmasına, rayonların simasınının dəyişməsinə səbəb olur. Ümumilikdə isə demək olar ki, Prezidentin regionlara səfərləri bütün infrastrukturun yenilənməsi ilə nəticələnir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti