Bakı. Trend:
Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI
|
Sıra №-si |
Ərazi vahidləri |
|
Ağdaş rayonu |
|
| 1. |
Ağcaqovaq kəndi |
| 2. |
Aşağı Qobuüstü kəndi |
| 3. |
Eymur kəndi |
| 4. |
Ərəbşəki kəndi |
| 5. |
Hacılar kəndi |
| 6. |
Qobuüstü kəndi |
| 7. |
Malay kəndi |
| 8. |
Mürsəl kəndi |
| 9. |
Şıxlı kəndi |
| 10. |
Yenikənd kəndi |
| 11. |
Yuxarı Nemətabad kəndi |
|
Göyçay rayonu |
|
| 1. |
Yenikənd kəndi |