Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Bakı. Elçin Mehdiyev - Trend:

Xeyli müddətdir ki, koronavirus epidemiyası dünyanı lərzəyə salıb. Səhiyyəsi və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqçıl ölkələr virusun ildırım sürəti ilə yayılmasının qarşısında, demək olar ki, aciz qalıb. Xəstəlikdən həyatını itirənlərin sayı artıq minlərlədir. Dövlətlər bütün gücü və imkanları ilə amansız virusa qarşı sözün əsl mənasında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın Sədrinin müavini- İcra katibi Əli Əhmədov rəsmi "Facebook" səhifəsində “İki virusa qarşı mübarizə” sərlövhəsi ilə yayımlanmış məqaləsində deyib.

Ə.Əhmədov hökumətin qorxunc virusa qarşı apardığı tədbirlərdən bəhs edərək yazır:

“Koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin də gündəliyində birinci sırada dayanır. Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb, bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımi qabaqlayıcı tədbirlər görülür, tövsiyyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya səhiyyə təşkilatı ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə, virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticə göz önündədir.

Koronavirusa qarşı səmərəli mübarizədə, digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də müvafiq tövsiyələrə intizamla əməl etməsi sayəsində lazımi nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.”

Baş nazirin müavini daha sonra qeyd edir ki, cəmiyyətin mütləq əksəriyyətinin məhz belə davranış nümayiş etdirməsi sevindirici haldır:

“Lakin cüzi sayda olsa da, cəmiyyətin nümayiş etdirdiyi davranış tərzindən eybəcərcəsinə fərqlənənlər də var. İndi dünyanın hər yerində tibbi ifadələrdən daha çox istifadə olunur. Bu adətə uyğun ifadələrdən istifadə etməli olsaq, görünür nə vaxtsa, yəqin ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bəzi insanlarda mutasiya baş verməsi nəticəsində virus insanlar yaranıb. Həmin virus insanların müəyyən hissəsi indiyə qədər qalmaqdadır. Doğrudur, onlar cəmiyyətin sağlam qüvvələri tərəfindən tarixin tullantı qablarına atılıb, orada öz bəd əməllərini davam etdirməkdədirlər. Bu mənada hazırda Azərbaycanda iki virus insanları narahat edir: biri koronavirusdur, digəri isə ifrat radikalçılar, "beşinci kolon" kimi təzahür edən siyasi virus. Açıq etiraf etmək lazımdır ki, göstərilən virusların hər ikisi cəmiyyət üçün eyni dərəcədə təhlükəlidir, deməli hər iki virusa qarşı amansız mübarizə aparılması labüddür”.

Əli Əhmədov bildirib ki, hazırda Azərbaycanda bütün sahələrdə dərin islahatlar həyata keçirilir. İslahatlar partiya sistemlərini də əhatə edir, müxalifət-iqtidar dialoqunun inkişaf etdirilməsi istiqamətində məsləhətlər aparılır:

"Ölkədə mövcud olan siyasi partiyaların əksəriyyəti haqqında söhbət etdiyimiz prosesdə iştirak edir və iqtidar-müxalifət münasibətlərinin yeni konstruksiyasının yaradılmasında maraqlı olduğunu nümayiş etdirir. Məqsəd milli maraqlar uğrunda birləşmək, xalqın və dövlətin inkişafı naminə xidmətlər göstərməkdir. Lakin hamının məmnuniyyətlə faydasını etiraf etdiyi bu strategiyaya qarşı çıxan azsaylı bir qrup var. Söhbət Əli Kərimlinin ətrafında toplaşaraq ayrı-ayrı xarici antiazərbaycan qüvvələrin tapşırığı və maliyyəsi əsasında Azərbaycana qarşı siyasi və ideoloji təxribatlar törətməklə məşğul olan qruplaşmalardan gedir. Virus sağlam bədənə hücum etdiyi kimi, onlar da bütün səylərini Azərbaycana böhtan atmağa, imicini zədələməyə yönəlmiş şaiyə və yalanlar uydurmağa, insanların zehnini zəhərləməyə səfərbər etmişlər. Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar. Onlar əvvəllər də dəfələrlə müxtəlif formalarda və məqamlarda Azərbaycan xalqına qarşı xəyanət sayıla biləcək əməlləri ilə haqlı olaraq lənətlənmiş "beşinci kolon" adını qazanıblar. İndiki həssas məqamda həmin siyasi virusların hərəkətləri təkcə xəyanət deyil, həm də cinayyətdir. Çünki onların təbliğatı hökumətin qabaqlayıcı tədbirlərinə insanlarda inamsızlıq yaratmağa yönəldiyindən birbaşa əhalinin sağlamlığının təhlükə altına atılması mahiyyəti daşıyır. Doğrudur, bu qədər rəzil yol seçən siyasi virus - "beşinci kolon" nümayəndələrinə inanan yoxdur. Lakin onların haqqında söhbət açdığımız çağırışları əsl mənada milli təhlükəsizliyə təhdid xarakteri daşıyır və bu mənada hər cür nifrətə layiqdir.”

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə bir inamla tamamlayıb:

“Azərbaycan koronavirusa qarşı apardığı mübarizədə uğur qazanacaq, xalqımız ağır sınaqdan ən az itkilərlə çıxacaq. Elə etmək lazımdır ki, bu, eyni zamanda ölkəmizin canına hopmuş siyasi virusun da sonu olsun.”

Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
Loading Bars
Xəbər lenti
Sevil Mikayılova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
Azərbaycanın Belarusdakı səfiri 28 May - Respublika Günü ilə bağlı bir sıra KİV-lərə müsahibə verib
İranda daha 50 nәfәr koronavirusdan ölüb
Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib
TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib (FOTO)
İstanbulda fabrikdə partlayış olub: Ölən var
İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır
Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır
Sabah duman olacaq, yağış yağacaq
Ceyhun Məmmədov: Bu gün Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları pozmaq üçün bütün addımları atır
Beyləqanda iki minik avtomobili toqquşdu - Ölən var
“Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib
Füzulidə avtomobil aşıb, ölən və yaralanan var
Ötən gün yol qəzalarında 6 nəfər dünyasını dəyişib
Ali məktəblərə daha çox BU QRUPLAR üzrə sənəd verilib
MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq
"Azərbaycan dili" fənni üzrə imtahanda iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur (FOTO)
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib
İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
Azərbaycanda dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək
Afət Həsənova: Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub
Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı
Tahir Kərimli: Dövlətin məqsədi Dağlıq Qarabağı işğaldan azad edərək orada gözəl binalar inşa etmək, tarixi abidələri yenidən bərpa etməkdir
Respublika Günündə milli bayrağımız Vaşinqtonda ucaldıldı (FOTO)
Musa Qasımlı: Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub (FOTO)
Qubada ölümlə nəticələnən qəza baş verib
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib
"Union" Polteri komandadan kənarlaşdırır
Gəncədə xidməti otaq yanıb
Azərbaycanda bal istehsalı artıb
"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir
Qlazqoda keçiriləcək Beynəlxalq İqlim Konfransı 2021-ci ilin noyabrına qədər təxirə salındı
Braziliyada sutka ərzində 1 156 nəfər koronavirusun qurbanı olub
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Xorvatiya 10 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verir
ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub
Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək
Əlcəzair özünü təcridetmə rejimini iyunun 13-ə qədər uzatdı
Moskvada son sutka koronavirusdan 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinə Ramil Səfərovla bağlı cavab verib
Qazaxda 76 mm-lik top mərmisi aşkar olunub (FOTO)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub
Şirvanda köməkçi tikili yanıb
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 576 nəfər sağalıb
Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq
Prezident İlham Əliyev: Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı
Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti
Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır
Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir
TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib (VİDEO)
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi
Brüsseldə AXC-nin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Salome Zurabişvili Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Avropa Gimnastikası Respublika Günü ilə bağlı paylaşım edib (VİDEO)
Aydın Hüseynov: “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb
Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi
ASRP Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb
İran XİN Azərbaycan xalqını təbrik edib
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib (FOTO)
Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO)
Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb
Pakistanın Baş Naziri Prezident İlham Əliyevə təşəkkür edib
Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
Bolqarıstan mətbuatı Azərbaycanın 28 May - Respublika Günü barəsində yazır (FOTO)
İranda daha 2 258 nәfәr koronavirusa yoluxub
Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi
Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı
Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib
İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib (FOTO)
Maska taxmaq bu şəxslər üçün təhlükəli ola bilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Həftə sonu güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir (VİDEO)
İnsandan koronavirusa yoluxma riskinin yüksək olduğu vəhşi heyvanlar müəyyən edilib
Bütün xəbərlər