...

Azərbaycan XİN Yəməndə atəşkəsi alqışlayan bəyanat yayıb

Siyasət Materials 11 Aprel 2020 21:28 (UTC +04:00)
Azərbaycan XİN Yəməndə atəşkəsi alqışlayan bəyanat yayıb

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşkəsi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bəyanatda qeyd edilir: "Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti