Vüqar Rəhimzadə: Bəzilərinin məsuliyyətsizliyi karantin qaydalarının və cərimələrin daha da sərtləşdirilməsini zərurətə çevirir

Vüqar Rəhimzadə: Bəzilərinin məsuliyyətsizliyi karantin qaydalarının və cərimələrin daha da sərtləşdirilməsini zərurətə çevirir

Bakı. Trend:

Dünyanı bürüyən, bəzi ölkələrdə ikinci dalğası başlayan koronavirus pandemiyasına qarşı Azərbaycanda mübarizə tədbirlərinə başlanan andan ilk çağırış vətəndaş məsuliyyətinin artırılması, özünütəcrid qaydalarına düzgün riayət olunması, ən əsası, adi gigiyena tələblərinə əməl etməklə virusa qalib gəlməyin mümkünlüyü olub. Amma sual olunur: - bu çağırışa lazımi səviyyədə əməl edə bilirikmi? Mübarizə tədbirlərinə başlayarkən iki seçim qarşısında qalan dövlətimiz insanların sağlamlığının təminatını daha vacib hesab edərək karantin rejiminin tətbiqini məqsədəuyğun hesab etdi. Sərt karantin qaydalarının tətbiqi şəraitində yoluxma hallarında artımın müşahidə olunmaması rejimin yumşaldılmasını şərtləndirdi. May ayından etibarən tətbiq edilən bu yumşalmalar vətəndaş məsuliyyətinin azalması fonunda virusa yoluxma hallarının artması ilə müşaiyət olundu. Bu yumşalmaları koronavirusun yoxa çıxması kimi qəbul edən əksər vətəndaşlarımız adi qaydalara riayət etməkdən imtina ilə həm özlərinin, həm də ətraflarındakı insanların yoluxma riskinin artmasına səbəb oldular.

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, yoluxma hallarının artması cərimələrin tətbiqinə yol açdı: «Amma sual olunur: - Hər bir insanın sağlamlığının təminatında məsuliyyət daha çox rol oynaya bilər, yoxsa cərimələr? Bir vətəndaş olaraq bu sualı səsləndirməyi ona görə özümə borc bilirəm ki, hər bir insanın ən böyük sərvəti onun sağlamlığıdır. Bu sərvəti qorumaq, sağlamlığımızın qeydinə qalmaq üçün məsuliyyətli olmaq, özünü sevməklə yanaşı ətrafdakıları da sevmək, həyatın bizlərə bəxş etdiyi ömrü xoş ovqatla yaşamaq bu qədərmi çətindir? Səhiyyəmizin inkişaf etdiyi, yeni texnologiyaların müasir həyatımıza yol açdığı bir dövrdə hər kəs özünə diqqət göstərməklə, eyni zamanda, ətrafdakılarda xoş ovqat yaratmaq imkanındadır. Koronavirus pandemiyası bizlərin qarşısına bu tələbi qoydu, bizlərə məsuliyyət hissini artırmaq, sağlamlığımızın qorunmasına çağırışını etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin tətbiq etdiyi özünütəcrid təcrübəsi beynəlxalq səviyyədə təqdir olunur, əksər dövlətlər bundan yararlanaraq, özlərini bu bəladan xilas etmək üçün səylər göstərirlər.»

«Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır» söyləyən V.Rəhimzadə bildirib ki, koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Amma bir vətəndaş olaraq həkimlərə dəstək olmaq, onların müalicəsi hələ də «sirli dünyaya» bənzəyən belə bir xəstəliklə qarşı-qarşıya qalmamalarına adi gigiyenik tələblərə əməl etməklə kömək göstərmək bizlər üçün bu qədər çətindirmi? Hansısa vətəndaşın məsuliyyətsizliyi üzündən koronavirusa yoluxması, özünütəcrid qaydalarına riayət etməyərək başqalarını da bu virusun cənginə salması həkimləri ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda xidmət göstərməsinə, son nəticədə isə sağlamlığımızın keşikçilərinin də bu dəhşətli xəstəliyə yoluxmamalarına səbəb olur. Burada öz məsuliyyətsizliyimizlə belə bir vəziyyətə şərait yaratdığımız halda vətəndaş məsuliyyətindən və təəssübkeşliyindən danışmağa haqqımız varmı?

Baş redaktor bildirib ki, informasiya bolluğu şəraitində hər kəs bu virusun yaratdığı və yarada biləcəyi fəsadlar barədə dolğun məlumatlar əldə edərək, bundan nəticə çıxarmaq imkanındadır. Yalnız məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə, birliyimizi möhkəmləndirməklə koronavirusa qalib gəlib əvvəlki normal həyatımıza qayıdıb xoş əhval-ruhiyyə ilə irəliyə doğru inamla addımlaya bilərik. Təbii ki, təkrar-təkrar qeyd etməyə məcburuq:-məsuliyyət hissimizi artırmaqla, sosial məsafə anlyışının mahiyyətini düzgün dəyərləndirməklə özümüzü və ətrafdakıları bu bəladan xilas edə bilərik.

V.Rəhimzadə mübarizə tədbirlərinə başlandığı gündən atılan addımların xronologiyasına diqqət yönəldərək bildirib ki, sərt karantin rejiminin tətbiqi şəraitində bağçaların, təhsil müəssisələrinin bağlanması, eyni zamanda, yaşı 65-dən yuxarı olan vətəndaşlara diqqət və qayğının ifadəsi olaraq onların evdən çıxmamalarına çağırışların edilməsi və karantin qaydalarında öz əksini tapması, gələcəyimiz olan gənclərimizin yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə öz biliklərini distant təhsil əsasında zənginləşdirmələri və sair kimi addımlar qarşıdakı mərhələlərdə müsbət dinamikaya yol açsa da, son vaxtlarda arxayınlıq hissinin yaranması, koronavirusun yoxa çıxması kimi yanlış düşüncələrin formalaşması, hətta belə bir xəstəliyin mövcudluğuna inamsızılıq vəziyyəti daha da ağırlaşdırır. Günbəgün yoluxma hallarında müşahidə olunan artım hər bir vətəndaş üçün həyəcan təbili olmadıdır. Gəlin unutmayaq ki, məsuliyyətsizliyimiz bu gün də olmasa, sabah bu virusa yoluxmağımızı qaçılmaz edir. Çünki COVID-19-a münasibətdə bir nəfərin məsuliyyətsizliyi onlarla günahsız insanın bu dəhşətli xəstəliyə yoluxmasının baş verməsi deməkdir. Unutmamalıyıq hər bir xəstəliyin qarşısının alınmasında əsas amil qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsidir. Tələb olunan qaydalar sadə, eyni zamanda, hər birimizin sağlamlığı üçün gərəklidir: Əllərimizi düzgün yuyaq, sağlamlığımızı qoruyaq, tibbi maskalardan istifadə etməyi unutmayaq, sosial məsafəni gözləməklə həm özümüzü, həm də ətrafdakı insanları qoruyaq. Nəzərə alaq ki, insanların səmimiyyəti, xeyirxahlığı, mərhəməti, ən əsası bir-birlərinə olan diqqəti və sevgisi məsafə ilə ölçülmür. Məsafəni gözləməklə, özünütəcrid qaydalarına riayət etməklə, məsuliyyətimizi artırmaqla həm özümüzü qoruyub sabaha inamla addımlayar, həm də ətrafımızdakıları, doğmalarımızı qoruyar, dövlətimizə, xalqımıza bu bəladan az itki ilə çıxmaqda dəstək olarıq. Gəlin, bir daha düşünək, daşınaq, karantin qaydalarının daha da sərtləşdirilməsini, cərimələrin məbləğinin artırılmasını zərurətə çevirməyək.

“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Loading Bars
Xəbər lenti
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb
Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH
Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Ağdamı Qafqazın Dubayına çevirmək olar
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Bütün xəbərlər