...

Türkiyə Prezident Administrasiyası: Ankara hər zaman Bakının dəstəyini hiss edir

Siyasət Materials 4 Sentyabr 2020 11:43 (UTC +04:00)
Türkiyə Prezident Administrasiyası: Ankara hər zaman Bakının dəstəyini hiss edir

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə hər zaman bütün sahələrdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dəstəyini hiss edir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Türkiyəyə qardaşlıq münasibətini sübut edib:

“Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri bütün türkdilli ölkələr üçün nümunədir. Azərbaycan hər zaman ədalət tərəfdarıdır”.

Administrasiyadan bildiriblər ki, Türkiyə də Azərbaycanla münasibətləri qiymətləndirir, bu münasibətlər hər iki qardaş ölkə üçün vacibdir:

“Türkiyə ilə Azərbaycanın strateji münasibətləri kiməsə qarşı deyil, regionda sülhə və sabitliyə yönəlib”.

Əlavə olunub ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək və tərəddüdsüz şəkildə onun maraqlarını qoruyacaq, çünki Bakının maraqları Ankaranın maraqlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti