Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 21 sentyabr - Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə insan tələfatı ilə nəticələnən hərbi təxribatına dair müraciət yayıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: “Beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan, o cümlədən uşaqlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər öz doğma yurdlarından didərgin salınır. Sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir. Azərbaycana qarşı Ermənistanın 30 ildən çoxdur davam edən ərazi iddiaları ilə bağlı hərbi təcavüzü nəticəsində hərbi qulluqçularla yanaşı mülki şəxslər də qətlə yetirilmiş, insanların yaşamaq, mülkiyyət, sərbəst hərəkət etmək və digər hüquqları kobud şəkildə pozulmuşdur. Bu təcavüz Dağlıq Qarabağ və ətraf ərazilərimizin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmişdir. 1994-cü ildən Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunmasına və hazırda dünyada COVID -19 pandemiyasının tüğyan etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini mütəmadi olaraq pozması, kütləvi yanğınlar törətməsi, sərhədyanı kəndlərə müxtəlif növ silahlardan atəş açmaqla mülki əhaliyə, yaşayış məntəqələrinə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır. Təəssüflə bildiririk ki, BMT tərəfindən qəbul olunmuş və dünya ictimaiyyətinin hər il Beynəlxalq Sülh Günü kimi qeyd etdiyi bir tarixdə - bu gün sentyabrın 21-də saat 09:20 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozmuş və Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olmuş, daha bir əsgərimiz Qurbanov Qurban Azad oğlu isə yaralanmışdır. Bütün bunlar mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsi”nin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyalarının, habelə 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir. Bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaratmaqla, insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin təhlükədə qalmasına şərait yaradır. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri icra edilməli, BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin tələbləri yerinə yetirilməli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaqla həll edilməlidir.

Ermənistan tərəfindən sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır ki, bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir. Bu baxımdan BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyini vurğulayaraq, beynəlxalq və humanitar hüquq normalarının kobud şəkildə pozulmasına görə cəzalandırmanın labüdlüyünü qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası və bununla da, regionda davamlı sülh və təhlükəsizliyin təmini istiqamətində bütün imkanların səfərbər olunması təşəbbüsü ilə çıxış edərək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları sabitliyə, sülhyaratma proseslərinə dəstək verməyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların tezliklə və dinc yolla azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmaqla ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində yardımçı olmağa çağırırıq”.

Müraciət BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)
Azərbaycanda qızıl-gümüş ucuzlaşıb
Mülki insanlara hücum qəbuledilməzdir - İsrail səfiri
NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO baş katibindən Ermənistan prezidentinə
İsrail səfiri Mingəçevirə səfər edəcək (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər (FOTO)
Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir - Deputat
İran ABŞ-a nota verib
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB-in işçi qrupunun rəhbəri (VİDEO)
Yalançı və işğalçı - Ərəb oxucuların Paşinyan haqqında fikirləri (FOTO)
Azərbaycanla yanaşı, İran da Xudafərin körpüsünün böyük iqtisadi faydasını görəcək - Ekspert
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan xalqının ulu əcdadlarının Qarabağda yaşadığı sübut edilib - Tarixçi alim
Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb
Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib
BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı (FOTO)
Göygöldə ər-arvada qarşı silahlı hücum edən şəxslər saxlanıldı (FOTO/VİDEO)
Bütün xəbərlər