...

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN

Siyasət Materials 21 Oktyabr 2020 19:17 (UTC +04:00)
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN

Bakı. Samir Əli - Trend:

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.

Trend-in məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: "Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələnib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti