Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib.

Trend xəbər verir ki, Ermənistanın hərbi təxribatları barədə danışan Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-də baş vermiş hadisələrə geniş vaxt çərçivəsində baxılmalıdır. 27 sentyabr hadisələri gözlənilmədən baş vermiş adi hadisələr deyil. Azərbaycan Ermənistanın belə hücum edəcəyini gözləyirdi. Belə ki, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycanın Tovuz rayonunda bir hadisə baş verdi. Bu, Ermənistan silahlı qüvvələrinin törətdiyi adi hadisə deyildi. Bu, Azərbaycan Silahlı Qüvvələrinə qarşı qabaqcadan planlaşdırılmış hərbi əməliyyat idi. Məqsəd Azərbaycanın mühüm logistika yollarına nəzarəti ələ keçirmək üçün strateji yüksəklikləri ələ keçirmək idi.

Bundan sonra erməni təxribatçı qruplarının aktivləşdiyini gördük. Ermənistan silahlı qruplaşmalarının sayı təmas xətti boyu artırıldı. Ermənistan silahlı qüvvələrinin bu şəkildə təmərküzləşməsi və aktivləşməsi onu göstərirdi ki, Ermənistan bizə qarşı hücum planı hazırlayıb. Ermənistanın baş naziri Paşinyan demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, o deməkdir ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar və irəli sürülən təşəbbüslər uğursuzluğa düçar olacaq. Ermənistanın müdafiə naziri isə yeni hərbi doktrina qəbul etdiklərini və güc tətbiqi ilə yeni ərazilər əldə edəcəklərini bildirmişdi. Bu, o deməkdir ki, onlar Azərbaycanda yeni torpaqlar ələ keçirməyi planlaşdırırlar. Onlar düşünürdülər ki, beləliklə, işğal etdikləri torpaqlarımızda özlərinin təhlükəsizliyini təmin etmiş olacaqlar. Ermənistanın baş qərargah rəisinin müavini 2018-ci ildə verdiyi bəyanatda bildirmişdi ki, ölkəsinin silahlı qüvvələri Azərbaycanda mülki obyektləri hədəf seçəcək, onların vurulması strateji hədəf və tələbdir. Beləliklə, aydın görünür ki, Ermənistanın sentyabrın 27-də başladığı hücum əvvəlcədən planlaşdırılıb. Azərbaycan da əks-hücum əməliyyatı həyata keçirməyə məcbur oldu.

ABŞ-ın problemin həllində iştirakı ilə bağlı suala cavabında Prezidentin köməkçisi qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. ABŞ bizə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş təklifini verdi. Azərbaycan belə təklifləri heç vaxt rədd etmir. Azərbaycan 30 il ərzində səbir və gözləmə siyasəti aparıb, danışıqlar aparmağı müharibədən üstün tutub, bu danışıqlara töhfə verib. Lakin danışıqlar nəticəsiz qalıb. Çünki Ermənistan işğal siyasətindən əl çəkmək istəmir.

Türkiyənin bu məsələdə iştirakı ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev Ermənistanın bununla əlaqədar qaralama kampaniyası apardığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, eyni zamanda, müştərək strateji dəyərlər var. Türkiyə bu müharibədə iştirak etməyib və buna ehtiyac da yoxdur. Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir. Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir. 1992-ci ildə fəaliyyətə başlamış ATƏT-in Minsk qrupuna 11 üzv dövlət daxildir. Üç dövlət - ABŞ, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edir. Türkiyə 1992-ci ildən bəri qrupa üzv dövlətlər arasındadır. Türkiyə Azərbaycanla sıx əlaqələri olan dövlətdir. Həmçinin Türkiyə region ölkələrindəndir, Cənubi Qafqaz coğrafiyasına aid dövlətdir. Cənubi Qafqazdakı problemlər, oradakı müharibələr Türkiyənin təhlükəsizliyinə də təsir edir. Buna görə də qardaş Türkiyənin müharibədən sonrakı mərhələdə daha fəal iştirakında israr edirik. Ermənistan buna etiraz etsə də, bu vacibdir.

Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur. Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib. Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsın. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir.

“Azərbaycanın bu problemin həlli üçün nəyi güzəştə gedə bilər?” sualını cavablandıran Prezidentin köməkçisi qeyd edib ki, bizim qırmızı xətlərimiz var. Bu, bütün dünya dövlətlərinə də aiddir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bütün dünyada qəbul edilən məsələdir, hər bir xalq və dövlət üçün müqəddəs məsələdir. Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik. Bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Lakin Qarabağ və ətraf rayonların işğalı problemi var. Birinci hədəfimiz işğala son qoymadır. Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün ərazilərimizdən çıxmalıdır və azərbaycanlı köçkünlər, həmçinin Dağlıq Qarabağa geri qayıtmalıdır. Onların sayı 80 min nəfərdən çoxdur. Lakin bu, Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarının pozulması da demək deyil. Onlar burada qalmalıdırlar. Onlar azərbaycanlılarla birlikdə yaşaya biləcəklər. Onların yaşayışı təmin ediləcək. Elə yol tapa bilərik ki, onlar öz işlərini özləri də idarə edə bilərlər. Qarşılıqlı razılıq əsasında özünüidarə formasına da nail olmaq mümkündür. Dünyada buna oxşar nümunələr vardır. Biz bu nümunələrə baxa bilərik. Lakin Ermənistan bunu qəbul etməlidir. Ermənistan bunu qəbul etmir. Onun aydın hədəfi budur ki, işğal etdiyi ərazilərə azərbaycanlıların qayıtmasını əngəlləsin və əraziləri ilhaq etsin.

Humanitar atəşkəsin pozulması ilə bağlı suala münasibət bildirən Hikmət Hacıyev, ilk növbədə, qeyd edib ki, bu atəşkəsi digər atəşkəsdən fərqləndirən cəhət var. Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb. Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni “SCUD” raketi ilə vurdu. Burada 500 min insan yaşayır. Bu, o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış məskəninə atəş açıb. Bu, o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu. İkinci humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini “SCUD” raketi ilə vurdular, nəticədə 14 mülki şəxs öldü və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri 250 mülki şəxs yaralanıb. Bu, o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə maraqlı deyil. Əksinə bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir.

Jurnalistin Ermənistanın mülki şəxslərə hücumlar etdiyini inkar etməsinə dair sualına cavabında Hikmət Hacıyev deyib ki, bu, şərəfsizlikdir. Bu qədər mülki insanı öldürəsən, sonra deyəsən ki, bunu mən etməmişəm. Doğrudan da bu, şərəfsizlikdir. Erməni hərbçiləri həmişə döyüş meydanında məğlub olanda deyirdilər ki, onlar mülkiləri hədəf alacaqlar. Onlar bunu etdilər. Əgər raketin haradan atıldığını xatırlaya bilmirlərsə, onlara bunun Ermənistan ərazilərindən atıldığını göstərə bilərik - Ermənistanın Vardenis şəhərindən atılıb. Onun əsl adı Basarkeçərdir. Vaxtilə oranın əhalisinin çoxu azərbaycanlılar olub. Əgər bunu Ermənistan atmayıbsa, bəs kim edib? Azərbaycanda bu silahlar yoxdur. Bəs haradan gəldi bu raket?! Radarlar və müasir texnologiya ilə onun haradan gəldiyini görmək və qeydə almaq mümkündür. Mən əminəm ki, təkcə Azərbaycan deyil, həm də qonşu dövlətlərin radarları raketin atıldığı və düşdüyü yeri qeydə alıblar. Məqsəd də çoxlu sayda mülki şəxsi öldürmək olub.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur. Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi. Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır.

Ermənistan tərəfinin Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə təhdid etməsinə münasibət bildirən Prezidentin köməkçisi qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı heç bir siyasi, hüquqi, tarixi əsas və sənəd yoxdur. Qarabağ tarixən Azərbaycan torpağıdır. Hüquqi baxımdan beynəlxalq aləm Qarabağı Azərbaycan torpağı hesab edir. Siyasi baxımdan bu addım ədalətli ola bilməz. Hətta Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Tanıya bilmir. Bu addımın atılması bütün danışıqların sona çatması deməkdir.

Azərbaycana xaricdən döyüşçülərin gətirilməsi ilə bağlı iddialara dair sualı cavablandıran Prezidentin köməkçisi Azərbaycanın bunu qəti şəkildə rədd etdiyini bildirib. Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə “Qarabağda xarici muzdlular var” deməklə kifayətlənirlər. Əksinə, erməni tərəfindən xüsusilə Suriya və Livandan gətirilən muzdlular var. Ermənistan onları Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları da onlar tərəfindən vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız var. Azərbaycan kiçik dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu bilər və bu barədə eşidərdi. Heç kim muzdluları görməyib və bu barədə eşitməyib. Hesab edirəm ki, bu iddialar Ermənistanın qara təbliğatının bir hissəsidir. Ermənilər qəbul edə bilmirlər ki, onların qarşısında duran, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur. Türkiyə Ordusunun da bu müharibədə iştirak etməsi ilə bağlı iddialar tamamilə yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu müharibədə üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu ölkəmizin ərazisini azad etmək üçün vuruşur.

Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
KOBİA kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılmasını planlaşdırır - Orxan Məmmədov
KOBİA kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılmasını planlaşdırır - Orxan Məmmədov
Loading Bars
Xəbər lenti
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı
Minaların təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə vergidən azad olunur
Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi
Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir
Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməsi üçün tədbirlər görüləcəyinə inanırıq - Ombudsman
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib - Elnur Məmmədov
Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb - Nazir
Azərbaycan nefti üç dollardan çox bahalaşıb
Bütün xəbərlər