...

Prezident İlham Əliyevin ordu quruculuğundakı uğurlarının bariz nümunəsini bu gün görürük - Politoloq

Siyasət Materials 2 Noyabr 2020 13:21 (UTC +04:00)
Prezident İlham Əliyevin ordu quruculuğundakı uğurlarının bariz nümunəsini bu gün görürük - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ən böyük uğurlar ordu quruculuğunda olub və bu gün biz onun bariz nümunəsini görürük.

Bunu Trend-ə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, sentyabrın 27-də Azərbaycanın əks-hücuma keçərək Vətən müharibəsinə başlaması Prezident İlham Əliyevin hakimiyyəti dövrünün çox mühüm bir mərhələsidir. Bu, yalnız 10 milyonluq Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının və türk dünyasının uğurudur:

"27 sentyabr türk dünyasının da gələcək taleyində mühüm rol oynayacaq. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün başladığı və qələbə ilə bitirəcəyi bu qurtuluş savaşı dünyada Azərbaycanın mövqeyini daha da gücləndirəcək".

Politoloq qeyd edib ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe tutmuş İlham Əliyev bundan sonrakı mərhələdə də bunu davam etdirməklə həm öz adını, həm də Azərbaycan xalqının adını tarixə qızıl hərflərlə yazacaq:

"Əslində, Dağlıq Qarabağ münaqişəsinin həllini öz çiyinlərinə götürən Azərbaycan Ordusu və onun Ali Baş Komandanını bundan sonra da böyük işlər gözləyir. Artıq Azərbaycan nəinki regionun, Türkiyə və başqa qardaş dövlətlərlə bir yerdə dünyanın əsas güclərindən biri olacaq. Bu anlamda Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsi və başqa dost dövlətlərin bu birliyə qoşulması gözlənilir. Məncə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə yürütdüyü yeni siyasət nəticəsində dünya ictimaiyyəti də onlarla daha çox hesablaşmalı olacaq".

F.Ələkbərlinin sözlərinə görə, ötən dövr ərzində milli ordu quruculuğunu inkişaf etdirən dövlət başçısı xarici siyasət sahəsində bir çox uğurlara imza atıb. Ölkə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çalışsa da, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlar oynaması, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna mane oldu:

"Məncə, xarici siyasətdə əldə edilən uğurlar daha çox Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsi idi. Hər halda Prezident İlham Əliyevin son illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi, ümumiyyətlə dünya ictimaiyyəti qarşısında qətiyyətli və məntiqli çıxışları çox tutarlı olub".

Ekspert bu fikirdədir ki, ötən dövrdə Türkiyə ilə ikili münasibətlərin daha da yaxınlaşması, hərbi ittifaqın gücləndirilməsi də çox mühüm addımlardandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti