...

"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən erməni general saxlanıldı

Siyasət Materials 19 Noyabr 2020 20:55 (UTC +04:00)
"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən erməni general saxlanıldı

Bakı. Trend:

"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib.

General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti