...

Prezident İlham Əliyev: Bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik

Siyasət Materials 10 Dekabr 2020 17:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik

Bakı. Trend:

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtlı–vaxtında atılmış addımlar, bütün gücümüzü səfərbər edib bir dəmir yumruq yaradıb düşmənin başını əzdik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, indi bizim üçün yeni dövr - quruculuq dövrü başlayır. “Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Burada artıq bu məlumat hər kəsdə var, videogörüntülər var. Mənim azad edilmiş ərazilərə səfərlərim bunu göstərir. Bütün binalar dağıdılıb. Bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti