...

Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov

Siyasət Materials 10 May 2021 15:59 (UTC +04:00)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov

Bakı. Vüqar İmanov - Trend:

Dahi lider Heydər Əliyevin milli mədəniyyətin inkişafında, incəsənətə xadimlərinə diqqət və qayğı göstərilməsində, gənclərin istedadının kəşf olunması üçün şəraitin yaradılmasında, milli irsin qorunması və bütün dünyada təbliğ olunmasında böyük rolu var.

Bunu Trend-ə dünyaca məşhur rəssam, Azərbaycanın xalq rəssamı, professor Sakit Məmmədov deyib.

O bildirib ki, Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub:

"Məsələn, rəssam və heykəltəraşlarla görüşlər zaman o, elə xırdalıqlar barədə danışırdı ki, bunu yalnız o sahənin mütəxəssisləri bilirdi və elə məsləhətlər verirdi ki, onların icrası yaxşı nəticələrə gətirib çıxarırdı. Bunu mənə həm də 80-ci illərdə Moskvada Heydər Əliyevlə görüçən xarici rəssamlar deyirdi. Məlum olduğu kimi, Heydər Əliyev SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olub. O zaman o, SSRİ-də 20 istiqamətə rəhbərlik, o cümlədən mədəniyyət məsələlərinə nəzarət edirdi. O, təkcə Azərbaycanın, bütün SSRİ-nin inkişagfıa üçün çox iş görüb. Heydər Əliyev həm də Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb və mən onu müasir və demokratik Azərbaycanın memarı və qurucusu hesab edirəm. Heydər Əliyev xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin, incəsənətinin qaytarılmasında böyük əməyi var. Onun diqqəti və qayğısı sayəsində yüzlərlə elm və mədəniyyət xadimi öz istedadını, bacarıqlarını təkmilləşdirə, öz potensiallarını reallaşdıra bilib".

Rəssam öz yaradıcılıq həyatında Heydər Əliyevlə bağlı bəzi maraqlı məqamlar barədə danışıb:

"Bu, 2001-ci ildə baş verib. Rusiyanın mədəniyyət naziri Mixail Şvıdkoyun Bakıya səfəri zamanı Azərbaycanın mədəniyyət naziri Pola Bülbüloğlu ilə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Sonra Mixail Şvıdkoy Heydər Əliyevlə görüşə dəvət olunub və planlaşdırılan tədbirlər barədə danışıb. Heydər Əliyev ilk növbədə dahi bəstəkarlar Fikrət Əmirov və Niyazinin yaradıcılığı ilə bağlı musiqin gecələrinin və... mənim fərdi sərgimin keçirilməsini təklif edib. Mən çox təəccüblənmişdim, çünki görkməli bəstəkarlarla yanaşı mənim, heç bir titulu olmayan gənc rəssamın adı çəkilirdi! Tahir Salahob, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə və digərlər olan yerdə gənc rəssamın sərgisini necə keçirmək olardı? Bu fakt Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət göstərdiyini təsdiq edir. 2002-ci ildə Moskvada Fikrət Əmirov və Niyazinin konsert proqramları ilə yanaşı mənim sərgim də nümayiş etdirildi.

Daha bir yaddaqalan gün 2001-ci ilin yanvarında Strasburqda Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması ilə bağlıdır. Heydər Əliyev Avropa Şurasının Baş katibi Valter Şvimmerlə görüşü zamanı mənim "Babadağ" rəsmimi hədiyyə edib. Heydər Əliyev deyib ki, rəsmdə təsvir olunan dağı Azərbaycanın ən hündür dağlarından biridir. O, həmçinin mən və mənim əsərlərim haqqında məlumatın olduğu qovluq təqdim edib. Bu, mənim üçün böük şərəf idi! Valter Şvimmer Avropa Şurasını adından təşəkkür edib və bildirib ki, Azərbaycanın ən hündür dağlarından birinin təsvir olunduğu hədiyyə rəmzi xarakter daşıyır. Onlar bu rəsmə baxdıqca daha yüksəyə can atacaqlar".

S.Məmmədov bildirib ki, dahi lider Heydər Əliyev teatr, aktyorluq sənətini yüksək qiymətləndirirdi, ona böyük əhəmiyyət verirdi:

"Heydər Əliyev deyirdi ki, teatr müqəddəs məkandır onun işçiləri isə fədakar insanlardır. O, öz işçilərinə teatra getməyi deyirdi. Hər dəfə teatr tamaşalarından, konsertlərdən sonra o, səhnə arxasına gəlir, aktyorlarlar görüşür, yaşından və adından asılı olmayaraq hər kəsə diqqət ayırırdı. Sənət adamlarının vəziyyəti ilə maraqlanır, orada olmayanların problemlərinin həllində, müalicəsində kömək edirdi. O, həmişə deyirdi ki, mədəniyyət xalqların və dövlətlərin simasıdır və istəyirdi ki, insanlar əsl, həqiqi dəyərlərlə tərbiyə olunsun. Bu gün biz Heydər Əliyevin anadan olmasının 98 illiyini qeyd edirik, amma qəlbimdə ağrı ilə deyirəm ki, 18 ildir o, bizimlə deyil. Bizi, yaradıcı insanları həmişə Heydər Əliyevin özünəməxsus yumorla, konkret sözlərlə və faydalı nəsihətlərlə səsləndirilən fikirləri və məsləhətləri maraqlandırıb. Məsələn, mən indi 44 günlük Qarabağ müharibəsində böyük Zəfərə həsr olunmuş beş metrlik rəsm üzərində işləyirəm. Bu, nəhəng işdir və mən çox bilmək istərdim ki, Heydər Əliyev bu iş barədə nə deyərdi, nə məsləhət görərdi. Böyük şəxsiyyətin ruhu şad olsun, o, hər zaman bizim qəlbimizdə yaşayacaq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti