...

ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər

Siyasət Materials 15 May 2021 17:03 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və USAID-in direktoru Cey Sinqx Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər.

Trend-in məlumatına görə, görüş zamanı USAID-in Azərbaycan bölgələrinin nəhəng kənd təsərrüfatı və turizm potensialının artırılmasına yönəlik fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin gələcəkdə Xaçmaz rayonunda USAID-in kənd təsərrüfatı və turizm sahəsində uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

C.Sinqx USAID-in Azərbaycanda qeyd olunan sahələr üzrə yeni layihələr həyata keçirmək niyyətində olduğunu qeyd edib. O bildirib ki, USAID Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Xaçmaz rayonunun da kənd təsərrüfatı və turizm sahəsində geniş potensiala malik olduğunu diqqətə çatdıran S.Mikayılova USAID ilə bu istiqamətdə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti