...

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Siyasət Materials 13 İyun 2021 12:42 (UTC +04:00)
Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, məktubda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.

Həmçinin ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə sıx əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti