...

Prezident İlham Əliyevin 10 il öncəki fikirləri Zəfərin hansı mürəkkəb proseslərdən keçdiyini göstərir - Ekspert

Siyasət Materials 9 İyul 2021 15:01 (UTC +04:00)
Prezident İlham Əliyevin 10 il öncəki fikirləri Zəfərin hansı mürəkkəb proseslərdən keçdiyini göstərir - Ekspert

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin 10 il öncə Yuli Qusmanın “Hakimiyyətin formulu” verlişində səsləndirdiyi fikirlər, Böyük Qələbəyə, Zəfərə aparan yolun hansı mürəkkəb siyasi proseslərdən, intellektual kombinasiyalardan keçdiyini bir daha göz önünə sərgiləyir. Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyev 2011-ci ildə, Yuli Qusmana müsahibəsində “Əgər imkanım olsaydı, gələcəyə,10 il sonraya gedərdim və baxardım ki, düşündüklərim alınıb ya yox. Əgər alınıbsa nə qədər alınıb. Bunu mən böyük məmnuniyyətlə edərdim”, - söyləyir. 10 il sonra isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada fərəhlə düşündüklərinə şahidlik edir, “Qarabağ Azərbaycandır” deyir.

E.Mirzəbəyli bildirib ki, təkcə bu sözlər, Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın xarakter cizgilərini ən dərin çalarlarına kimi ifadə edir:

“Təkcə bu sözlər Azərbaycan Prezidentinin torpaqlarımızın azad olunması ilə bağlı bütün proseslərin ssenarisini ən incə detallarınadək öz düşüncəsində ərsəyə gətirdiyini, Azərbaycan dövlətini və xalqını, bütövlükdə isə bütün dünyanı addım-addım, səbr və inadla bu prosesə hazırladığını nümayiş etdirir. Heç şübhə etmirəm ki, Prezident İlham Əliyevin düşüncəsində 10 il sonranın Azərbaycanının mükəmməl bir obrazı da var. Və bu obrazın cizgiləri Vətən Müharibəsindən sonra imzalanan bütün sənədlərdə, atılan bütün addımlarda özünü büruzə verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti