...

Şuşa sakinləri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər

Siyasət Materials 26 Avqust 2021 14:19 (UTC +04:00)
Şuşa sakinləri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər

Bakı. Trend:

Şuşa sakinləri ilk dəfə doğma şəhərlərindən Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Trend-in məlumatına görə, avqustun 26-da daha bir qrup Şuşa sakini doğma şəhərlərini görmək imkanı qazanıb. 52 nəfər sakinin səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıblar, Birinci vitse-prezidentə xoş arzularını çatdırıblar.

Xatırladaq ki, avqustun 19-dan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakinləri öz doğma yurdlarına səfər ediblər. Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti