...

Qarabağ müharibəsində qazanılan uğurlara səbəb olmaq böyük bir şərəfdir - Səlcuq Bayraktar

Siyasət Materials 16 Sentyabr 2021 02:08 (UTC +04:00)
Qarabağ müharibəsində qazanılan uğurlara səbəb olmaq böyük bir şərəfdir - Səlcuq Bayraktar

Bakı. Trend:

Atam, böyük qardaşım və mən də Qarabağ müharibəsindən sonra medallarla təltif edildik. Belə bir müharibədə qazanılan uğurlara səbəb olmaq bizim üçün böyük şərəfdir.

Trend-in məlumatına görə, bu barədə CNN Turk televiziya kanalına müsahibəsində "Baykar" şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib.

S.Bayraktar qeyd edib ki, bir çox ölkələrin onların PUA-larını almaq istədiyini qeyd edib: "10-dan çox ölkə ilə müqavilələr imzalanıb, PUA-lar artıq beş ölkəyə ixrac olunur".

Şirkət rəhbəri bildirib: "İnanırıq ki, pilotsuz uçuş aparatları 5-ci nəsil təyyarələrə belə son qoyacaq. Gələcəyin ən güclü hava qüvvələri pilotsuz uçuş aparatları olacaq".

O əlavə edib ki, bu məsələ Qarabağ müharibəsindən sonra müzakirə olunub:

"Yarışdan qabaq qaçmağa davam etmək digər ölkələrin yetişməsini çətinləşdirəcək. Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir. İnkişafa davam etsək, hər hansı bir xarici və ya daxili təsir olmasa, belə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti