...

Prezident İlham Əliyev: O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik

Siyasət Materials 4 Oktyabr 2021 17:05 (UTC +04:00)
Prezident İlham Əliyev: O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik

Bakı. Trend:

O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur.

Trend xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib ki, o vaxt belə fikirlər səslənirdi: torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları, onların uşaqları, nəvələri o yerləri görməyiblər. Sonra dedilər ki, onların hamısı qayıtmaq istəyir: “Bu, məni çox sevindirdi. Bu, bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti