...

Prezident İlham Əliyev: Qarabağ münaqişəsi keçmişdə qaldı

Siyasət Materials 15 Oktyabr 2021 13:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Qarabağ münaqişəsi keçmişdə qaldı

Bakı. Trend:

Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident qeyd edib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.

Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti