...

Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir - Ceyhun Bayramov

Siyasət Materials 18 Oktyabr 2021 11:41 (UTC +04:00)
Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir - Ceyhun Bayramov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir. Biz post-münaqişə dövründə beynəlxalq qanunlar əsasında sivil qaydada Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, eyni zamanda ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiyası və demarkasiyası prosesi nə qədər tez başlanılsa, bir o qədər yaxşıdır.

C.Bayramov qeyd edib ki, Ermənistan bu istiqamətdə hər hansı bir müsbət addım atacaqsa, Azərbaycan ona qarşılıq addım atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti