...

ABŞ İranla nüvə danışıqlarını bərpa etmək qərarını alqışlayıb

Siyasət Materials 4 Noyabr 2021 01:13 (UTC +04:00)
ABŞ İranla nüvə danışıqlarını bərpa etmək qərarını alqışlayıb

Bakı. Trend:

ABŞ Vyanada İranın nüvə proqramı ilə bağlı çoxtərəfli danışıqların bərpası qərarını alqışlayır və bu görüşlərdə iştirak etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü keçirdiyi brifinqində deyib.

Onun sözlərinə görə, ABŞ Aİ-nin bütün iştirakçılar ilə fəaliyyəti koordinasiya etdiklərini, Nüvə Sazişi haqqında danışıqların növbəti raundunun 29 noyabr tarixində baş tutacağı barədə bəyanatını alqışlayır.

"ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bu məsləhətləşmələr üçün Avstriya paytaxtına gedəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, İranla Nüvə Sazişi 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi "beşliyi" və Almaniya tərəfindən nüvə proqramı ilə bağlı böhranı aradan qaldırmaq üçün imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə Szişdən çıxmaq barədə qərar qəbul edib. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden dəfələrlə ABŞ-ı Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti