...

Türkiyə Yunanıstan tərəfini sağlam düşüncəyə və dürüstlüyə çağırıb

Siyasət Materials 22 Noyabr 2021 07:52 (UTC +04:00)
Türkiyə Yunanıstan tərəfini sağlam düşüncəyə və dürüstlüyə çağırıb

Bakı. Trend:

Rəsmi Afina bir tərəfdən dialoqdan danışarkən, digər tərəfdən də Türkiyə ilə bağlı hər gün düşmənçilik, təxribat xarakterli açıqlamalar verir.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Tanju Bilgiç Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendiasın 19 Noyabr 2021-ci il tarixli bəyanatına cavab olaraq bildirib.

Türkiyə XİN təmsilçisi bəyanatında Yunanıstanı sağlam düşüncəyə, dürüstlüyə və səmimiyyətə dəvət edib.

"Türkiyənin öz bölgəsində və yaxın ətrafında sülh və sabitliyin təmin edilməsində oynadığı əsas rolu həzm edə bilməyən Yunanıstanın hər mövzuda Türkiyə ilə rəqabət aparmaq, əməkdaşlığ əvəzinə gərginliyə üstünlük vermək, Türkiyəyə qarşı süni ittifaqlar yaratmaq cəhdləri əbəsdir", - deyə Tanju Bilgiç vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti