...

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 3 Yanvar 2022 02:35 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı öz rəsmi "Twitter" səhifəsində bildirib.

Paylaşımda qeyd olunur ki, ilin ilk telefon danışığının ABŞ dövlət başçısıyla aparılması ikitərəfli münasibətlərin xüsusi xarakterinin göstəricisidir.

Danışıq zamanı Avropada sülhün qorunması, mümkün gərginləşməsinin qarşısının alınması, islahatlarla bağlı məsələlər müzakirə olunub. Həmçinin Ukraynada oliqarxlara qarşı mübarizə sahəsində birgə fəaliyyət ətrafında fikir mübadiləsi aöarılıb.

"ABŞ-ın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk", - deyə Zelenski əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti