Bakı. Humay Ağacanova - Trend:
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında Qanun təklifi qəbul edilib.
Trend-in məlumatına görə, fevralın 3-də komissiyanın iclası keçirilib.
Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən Komissiya iclasına xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran da qatılıb.
Y.S.Kıran Qafqaz regionunun strateji əhəmiyyətini vurğulayaraq, bölgədəki proseslərin Türkiyə və Azərbaycanın maraqları ilə sıx bağlı olduğunu vurğulayıb.