Bakı. Humay Ağacanova - Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksey Reznikov arasında telefon danışığı olub.
Trend-in məlumatına görə bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə nazir Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu və əvvəllər olduğu kimi sülh və əmin-amanlığın təmin edilməsi üçün üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.