...

Azərbaycan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin qorunması ilə bağlı niyyətini dəfələrlə bəyan edib - Ceyhun Bayramov

Siyasət Materials 2 Mart 2022 18:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan azad edilmiş ərazilərdə mənsubluğundan asılı olmayaraq mədəniyyət abidələrinin qorunması ilə bağlı niyyətini dəfələrlə bəyan edib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Haqları Şurasının iclasında deyib.

O qeyd edib ki, Azərbaycan UNESCO-ya dəfələrlə müraciət edərək o zaman işğal altında olan ərazilərə missiyanın təşkil olunmasını xahiş edib.

"Bu fakt 2005-ci ildə nəşr olunmuş UNESCO-nun fəaliyyəti ilə bağlı hesabatında əks olunub. Azərbaycanın Ermənistandakı tarixi-mədəni irsinin taleyi də işğal altındakı ərazilərdəki abidələr kimi olub. Azərbaycan bu faktları dəfələrlə UNESCO-nun diqqətinə çatdırıb", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti