...

Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır - Nazir

Siyasət Materials 5 Mart 2022 15:07 (UTC +04:00)
Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, bu imkanlar Ermənistan üçün bir fürsətdir və Ermənistan hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə arasında tam koordinasiya var.

Nazir əlavə edib ki, Şuşa Bəyannaməsi üçüncü ölkələrə qarşı yönəlməyib. Bu bəyannamə Türkiyə və Azərbaycanın inkişafına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti