...

NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq

Siyasət Materials 7 Mart 2022 08:10 (UTC +04:00)
NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq

Bakı. Trend:

NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq, çünki təşkilatın avropalıların həyatı ilə bağlı öhdəliyi var.

Trend xəbər verir ki, bu fikirləri Almaniya XİN rəhbəri Annalena Berbok səsləndirib.

Onun sözlərinə görə, Ukrayna üzərində hava məkanını bağlanılması Rusiya ilə birbaşa hərbi münaqişəyə girmək demək olacaq ki, bu da milyonlarla avropalının həyatını təhlükəyə atacaq.

"Bu o demək olardı ki, NATO təyyarələri Rusiya təyyarələrini atəşə tutacaq, bu, NATO-nun münaqişəyə birbaşa müdaxiləsi deməkdir... Bizim öz əhalimizi qorumaq öhdəliyimiz var”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti