...

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq güc mərkəzlərinin tərəfdaş olduğu ölkəyə çevrilib - Sevil Mikayılova

Siyasət Materials 9 Mart 2022 16:14 (UTC +04:00)
Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq güc mərkəzlərinin tərəfdaş olduğu ölkəyə çevrilib - Sevil Mikayılova

Bakı. Trend:

Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada baş verən mürəkkəb geosiyasi proseslərin fonunda Azərbaycanın beynəlxalq aləmdə mərkəzçi mövqeyi möhkəmlənir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan dövləti milli maraqları hər zaman üstün tutmaqla beynəlxalq proseslərə öz müsbət töhfəsini verir. Məhz bunun nəticəsdir ki, Azərbaycan bir sıra məsələlərdə vacib aktor kimi çıxış edir.

"Bu gün tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada baş verən siyasi proseslərdə əsas rol oyanayan ölkələrdən birinə çevrilib. Azərbaycanın regiondakı dövlətlərlə münasibətləri qonşuluq münasibətlərini də aşaraq müttəfiqlik səviyyəsinə gəlib çatıb", - o qeyd edib.

Deputat onu da əlavə edib ki, son günlərin rəsmi xronikasına nəzər salsaq, Azərbaycanın beynəlxalq aləmdə yerinin və rolunun nə qədər yüksəldiyinin şahidi olarıq.

"Bu il Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələr qurmasının 30 ili tamam olur. Bu münasibətlə Avstriya, Böyük Britaniya, Polşa, Almaniya, İtaliya, Fransa və digər dövlət başçıları, rəsmi şəxslər Azərbaycan Prezidentinə təbrik məktubları göndərir, telefon danışıqları aparırlar. Bu danışıqların, məktubların məzmununa fikir versək, son vaxtlar Avropa liderlərinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini görmüş oluruq", - deyə deputat bildirib.

Sevil Mikayılova vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tutduğu düzgün siyasi kurs nəticəsində öz müstəqil siyasətinə, təhlükəsizliyinə tam zəmanəti təmin edib.

"Əgər əvvəllər deyirdiksə ki, Azərbaycan beynəlxalq güc mərkəzləri ilə hesablaşır, bu gün deyə bilərik ki, Azərbaycan beynəlxalq güc mərkəzlərinin hesablaşdığı və tərəfdaş olduğu ölkəyə çevrilib.

Azərbaycanın regionda və dünyada rolunun artması isə təbii ki, Ermənistanın maraqlarına böyük zərbə vurur. Artıq heç kimə sirr deyil ki, həm əvvəlki dövrdə, həm də İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən sonra Ermənistan müxtəlif ölkələrdən siyasi dəstək almağa çalışırdı. İmzalanan sənədlər, anlaşmalar bir növ Ermənistanın son ümidlərini də puç edir. Azərbaycan Prezidentinin səyləri nəticəsində əldə olunan bütün bu siyasi uğurlar isə heç şübhəsiz ki, güc, bacarıq, diplomatik məharət tələb edir", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti