...

Azərbaycan və Türkiyə arasında təbii qazın tədarükünə dair Memorandum təsdiqləndi

Siyasət Materials 16 Mart 2022 20:55 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, qərara alınır:

- 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” təsdiq edilsin.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti