Füzuli. Trend:
Bu gün Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə
həsr olunmuş toplantı keçiriləcək.
Trend-in məlumatına görə,
toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına -
Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Burada hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu” ilə Şuşaya yola düşəcəklər.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.
Heyətdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alır.