...

ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-ə qarşı sanksiyaların gücləndirilməsini təklif edəcək

Siyasət Materials 26 Mart 2022 00:26 (UTC +04:00)
ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-ə qarşı sanksiyaların gücləndirilməsini təklif edəcək

Bakı. Trend:

ABŞ BMT Təhlükəsizlik Şurasına Pxenyan tərəfindən qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar KXDR-ə qarşı sanksiyalar rejiminin gücləndirilməsi məsələsinə baxmağı təklif edəcək.

Trend xəbər verir ki, bu barədə cümə günü Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, TŞ dərhal Şimali Koreya tərəfindən həyata keçirilmiş buraxılışa cavab verməlidir. Diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurası raket buraxılışını “yekdilliklə” pisləməlidir.

"BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, biz sanksiyalar rejimini yeniləmək və genişləndirmək üçün qətnamə təqdim edəcəyik", - ABŞ nümayəndəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti