...

Rusiya Boris Conson və digər britaniyalı nazirlərə qarşı sanksiya tətbiq edib

Siyasət Materials 16 Aprel 2022 13:32 (UTC +04:00)
Rusiya Boris Conson və digər britaniyalı nazirlərə qarşı sanksiya tətbiq edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Böyük Britaniyanın baş naziri Boris Conson, eləcə də xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollasın ölkəyə girişini qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, tətbiq olunan fərdi sanksiyalar Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq qəbul edilib.

XİN eyni zamanda, yaxın zamanlarda sanksiya tətbiq olunan britaniyalı rəsmilərin siyahısını genişləndirəcəyini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti