...

Azərbaycanla Gürcüstan arasında ticari-iqtisadi əlaqələr ən yüksək səviyyədədir - İliya Darçiaşvili

Siyasət Materials 27 Aprel 2022 13:20 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında ticari-iqtisadi əlaqələr ən yüksək səviyyədədir - İliya Darçiaşvili

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana səfər etməyim mənim üçün böyük şərəfdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinqdə deyib.

İ.Darçiaşvili bildirib ki, Azərbaycan və Gürcüstan arasında əlaqələr tarixi bağlara əsaslanr.

O deyib ki, iki ölkə arasında strateji münasibətlər xalqların mənafeyi naminə bundan sonra da inkişaf edəcək. “Ölkələrimiz arasında iqtisadi, ticarət layihələri uğurla həyata keçirilir. Azərbaycanla Gürcüstan arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr həyata keçirilib. Bu layihələr ölkələrimizin cəlbediciliyini artırır. Azərbaycanla Gürcüstan arasında ticari-iqtisadi əlaqələr ən yüksək səviyyədədir”, - deyə nazir əlavə edib.

Nazir onu da bildirib ki, Azərbaycan və Gürcüstan biz-birinin ərazi bütövlüyünü dəstəkləyir.

"Birgə səylərlə bütün çətinliklərin öhdəsindən gələ bilərik. Səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığa böyük töhfə verəcək”,- deyə İ.Darçiaşvili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti