...

Kanada 40 Rusiya vətəndaşına sanksiya tətbiq edir

Siyasət Materials 9 May 2022 00:37 (UTC +04:00)
Kanada 40 Rusiya vətəndaşına sanksiya tətbiq edir

Bakı. Trend:

Kanada iş adamları və hərbçilər də daxil olmaqla, daha 40 rusiyalını sanksiya siyahısına əlavə edib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə bazar günü Kanadanın baş naziri Castin Trüdonun Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə görüşündən sonra mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Trüdo və Zelenski dünya ictimaiyyətinin Rusiya Federasiyasına qarşı “sərt və uzunmüddətli sanksiyalar” tətbiq etmək səylərini müzakirə ediblər.

Kanada həmçinin Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) dəyərində əlavə hərbi yardım göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti