...

Prezident İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı məktubu göndərib

Siyasət Materials 13 May 2022 18:25 (UTC +04:00)
Prezident İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qardaşınız – böyük şəxsiyyət, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan öz xalqının sevgisini və rəğbətini qazanmışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafında onun böyük xidmətləri olmuşdur. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti