...

Azərbaycan Aİ üçün vacib əhəmiyyət daşıyır – Estoniya parlamentinin sədri

Siyasət Materials 26 May 2022 11:34 (UTC +04:00)
Azərbaycan Aİ üçün vacib əhəmiyyət daşıyır – Estoniya parlamentinin sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xüsusilə neft və qaz qıtlığı ilə bağlı vəziyyəti nəzərə alaraq, Avropa İttifaqı (Aİ) üçün vacib əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Estoniya parlamentinin sədri Yuri Ratas öz "Facebook" səhifəsində yazıb.

"Azərbaycana səfər başa çatıb. Prezident, parlamentin spikeri, baş nazir, nazirlər və deputatlarla məhsuldar görüşlərim oldu. Ölkələrimiz arasında yaxın dostluq münasibətləri qurulub. Azərbaycan xüsusilə neft və qaz qıtlığı ilə bağlı vəziyyəti nəzərə alaraq, Avropa İttifaqı ümün vacib əhəmiyyət daşıyır. Bizim əməkdaşlığımız çox vacibdir. Mən azərbaycanlı həmkarlarıma xoş qəbula görə təşəkkür edirəm!", Y.Ratas yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti