...

Fransanın yeni baş naziri fəaliyyət prioritetlərini açıqlayıb

Siyasət Materials 28 May 2022 05:26 (UTC +04:00)
Fransanın yeni baş naziri fəaliyyət prioritetlərini açıqlayıb

Bakı. Trend:

Mayın 16-da Emmanuel Makron prezident seçkilərində qalib gəldikdən sonra bu vəzifəyə təyin olunan Fransanın baş naziri Elizabet Born fəaliyyət prioritetlərini açıqlayıb.

Trend xəbər verir ki, bunlar əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsi və iqlim dəyişikliyi ilə mübarizədir.

"İşimizin ilk həftələri fransızların təcili ehtiyaclarını qarşılamağa həsr olunmalıdır" Born bildirib.

COVID-19 pandemiyasının xüsusən də tibb işçiləri və xəstəxanalar üçün yaratdığı çətinliklər fonunda, yeni baş nazir səhiyyənin inkişafını ikinci əsas prioritet adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti