Bakı. Trend:
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bolqarıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan Respublikası ilə münasibətlərinə böyük önəm verir. Bunu son 30 ildə ölkələrimiz arasındakı intensiv və səmərəli dialoq da təsdiq edir.
Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək.
Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".