...

Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-lardan uğurla istifadə edib - "The New York Times"

Siyasət Materials 31 May 2022 18:58 (UTC +04:00)
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-lardan uğurla istifadə edib - "The New York Times"
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ikinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə edib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times"da dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, ikinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı PUA-lardan istifadənin ən uğurlu nümunəsi olub.

"O zaman Azərbaycanın PUA-ları Ermənistanın yüzlərlə tankını, döyüş sursatı və zirehli texnikasını məhv edib. Azərbaycan Müdafiə Nazirliyi döyüş meydanında pilotsuz təyyarələrdən səmərəli istifadə edib və tez-tez öz saytında hücumların videolarını yerləşdirib", - məqalədə deyilir.

Vurğulanır ki, PUA-lar 2020-ci il müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsində vacib rol oynayıb.

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş aparatlarından kəşfiyyat, artilleriya və raket bölmələrini hədəfə almaq və əməliyyat vəziyyəti haqqında tam təsəvvür formalaşdırmaq üçün istifadə edib. PUA-lardan alınan məlumatların mükəmməl şəkildə əlaqələndirilməsinə nümunə olaraq Ermənistan qoşunlarının Xocavənddə istifadə etdiyi hava hücumundan müdafiə sisteminin məqsədyönlü şəkildə məhv edilməsini göstərmək olar", - məqalədə deyilir.

Məqalədə o da bildirlir ki, Azərbaycan taktiki silah olan pilotsuz uçuş aparatlarından operativ və strateji səviyyədə səmərəli istifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti