...

Azərbaycan ölkələrin BMT-nin su konvensiyasına qoşulması məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Siyasət Materials 29 İyun 2022 15:40 (UTC +04:00)
Azərbaycan ölkələrin BMT-nin su konvensiyasına qoşulması məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Zəngilan.Trend:

Azərbaycan beynəlxalq təşkilatları ölkələrin trans-sərhəd su ehtiyatları üzrə BMT Konvensiyasına qoşulmasına kömək etməyə çağırır.

Trend-in məlumatına görə, bunu ekologiya naziri Muxtar Babayev Zəngilanın Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan su ehtiyatlarının səmərəli istifadəsinin təmin olunması üçün milli su siyasətini formalaşdırdığı vaxtda regionun əksər ölkələri hələ də konvensiyaya qoşulmayıb və bu, su ehtiyatlarının dayanıqlı idarə olunmasını çətinləşdirir", - nazir deyib.

Onun sözlərinə görə, bütün insanlar üçün təmiz suyun əlçatanlığı Azərbaycan üçün də əsas amillərdən birinə çevrilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti